Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağdan köçən ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırıb.
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat verib.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Rusiyadan humanitar yardımla İrəvan hava limanına gəlib”, – agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Jukovski Beynəlxalq Hava Limanından ərzaq, ədyal və mobil elektrik stansiyasının daxil olduğu ümumi çəkisi 40 ton humanitar yardım yükü ilə havaya qalxıb. Humanitar əməliyyat Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir.