Fələstinin HƏMAS radikal hərəkatı vasitəçilər vasitəsilə azad etməyə hazır olduğu girovların siyahısını İsrail tərəfinə təhvil verib.
NOCOMMENT.az -ın məlumatına görə, bu barədə ərəb mediası xəbər verir.
Həmas Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk daha əvvəl demişdi ki, azad edilməsi planlaşdırılan 50 girovun əksəriyyəti xarici vətəndaşlardır.
HƏMAS-ın Qəzza zolağındakı xarici əlaqələr şöbəsinin rəhbəri Basem Naimin sözlərinə görə, azad edilənlər arasında oktyabrın 7-də İsrailin cənubunda Həmas yaraqlıları tərəfindən əsir götürülən iki rusiyalı qadın da var.
O izah edib ki, girovların siyahısı beynəlxalq vasitəçilərin – Qətər, Misir və ABŞ-ın iştirakı ilə tərtib edilib.