Bilindiyi kimi, I Liqada çıxış edən “Difai” bu mövsümün qalan hissəsində ev oyunlarını Şamaxıda keçirəcək.
NOCOMMENT.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.
PFL öz növbəsində təmir işləri yekunlaşana qədər “Difai”nin rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.
2011-ci ildə istifadəyə verilmiş futbol qurğusunda görülən yenidənqruma tədbirləri AFFA tərəfindən həyata keçiriir.
Hazırda arenada söküntü gedir. Federasiyanın tenderini qazanan şirkət sınıq-salxaq oturacaqları, həmçinin tribunaların dam örtüyünü söküb.
Yaxın vaxtlarda qazonun da dəyişdirilməsi planlaşdırılır. NOCOMMENT.az buranın son vəziyyətini əks etdirən fotoreportajı təqdim edir: