İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsinə ağ fosfor bombası ilə hücum təşkil etdiyi açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NNA rəsmi agentliyi məlumat yayıb.
İsrail qüvvələri Livanın Meys əl-Cəbəl qəsəbəsini ağ fosfor bombası ilə hədəfə alıb.
İsrail ordusu həmçinin sərhəd bölgəsində yerləşən Reşafi şəhəri, Alma əl-Şaab, Mejdel və Teyr Harfa şəhəri ətrafındakı əraziləri də artilleriya atəşi ilə vurub.