NOCOMMENT.az xəbər verir ki, Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə bağlanan sərhəd keçidlərinin dekabrın 23-dək açıla biləcəyini bildirib. Bu barədə İlta-Sanomat qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Baalimaa”, “Nuyamaa”, “İmatra” keçid məntəqələri dekabrın 23-dək bağlı olacaq. Bu, “Niirala” keçid məntəqəsinə də təsir edəcək. Qeyd olunur ki, əvvəlcə bu sərhəd keçidləri 18 fevral 2024-cü il tarixinədək bağlı qalmalı idi, lakin hökumətin çərşənbə günü bir keçid məntəqəsindən başqa demək olar ki, hamısını bağlamaq qərarı əvvəlki qərarı ləğv etdi.
Bundan əvvəl Federal Gömrük Xidməti Finlandiya ilə sərhəddə fəaliyyət göstərən yeganə keçid məntəqəsinin “Rayya-Yooseppi-Lotta” olduğunu təsdiqləyib.