Misir, Qətər və ABŞ Qəzzada atəşkəsin təminatçısıdırbackend

Misir, Qətər və ABŞ Qəzzada atəşkəsin təminatçısıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Basem Naim Qətər, Misir və ABŞ-ın Qəzza zolağında noyabrın 24-dən qüvvəyə minəcək atəşkəsin qarantı olduğunu bildirib. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

“Qətər, Misir və Birləşmiş Ştatlar Qəzza zolağında humanitar atəşkəsin təminatçısı kimi çıxış edirlər”, – Naim bildirib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövlətinin azad ediləcək girovların adlarının ilkin siyahısını aldığını təsdiqləyib.