İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatı ən azı daha iki ay davam edəcək, anklavda saxlanılan girovların bir qisminin azad edilməsinə dair razılaşmada nəzərdə tutulan hərbi əməliyyatların qarşıdakı fasiləsi qısa olacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant 13-cü flotiliyanın – İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hərbçiləri ilə görüşündə deyib.
“Bu qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək, daha çox oğurlananların geri qaytarılması üçün təzyiq yaradılacaq. Daha iki aylıq döyüş gözlənilir”, – o deyib.
Qalant vurğulayıb ki, hərbi əməliyyatın məqsədi dəyişməz olaraq qalır – Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının bütün strukturunun məhv edilməsi.