İsrail qoşunlarının çıxarılması və atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağının şimal-şərqində yerləşən Beyt Hanun şəhərinin sakinləri öz evlərinə qayıtmağa başlayıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bundan əvvəl Fələstin hakimiyyəti atəşkəs başlayandan sonra köçkün qəzzalıların geri qayıtmasını dəstəkləyib. Eyni zamanda, “Times of Israel” yazır ki, İsrail Müdafiə Qüvvələri evakuasiya edilmiş fələstinliləri “hərbi zonalar” adlandıraraq, Qəzzanın şimalına qayıtmamağa çağırıb.