Keçmiş deputat axtarışa verildibackend

Keçmiş deputat axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskın Qanunvericilik Məclisinin keçmiş deputatı, dələduzluqda şübhəli bilinən iş adamı Roman Qoldman axtarışa verilib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İstintaq İdarəsinin rəisi Ruslan Severin məlumat verib.

“Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin Baş İstintaq İdarəsinin müstəntiqlərinin tələbi ilə Roman Qoldman axtarışa verilib”, – Severin bildirib.

Daxili İşlər Nazirliyinin regional qərargahından verilən məlumata görə, Qoldman barəsində dələduzluq maddəsi ilə aparılan cinayət işi çərçivəsində polis noyabrın 24-də səhər saatlarında eks-deputat və onun şirkətinə aid 10-dan çox obyektdə axtarışlar aparıb.