İsrail əsgərləri Əl-Şifa xəstəxanasını tərk edirbackend

İsrail əsgərləri Əl-Şifa xəstəxanasını tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxanasının binasını tərk ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky News Arabia” Fələstin mənbələrinə istinadən məlumat yayıb .

İsrail ordusunun geri çəkilmə səbəbləri barədə hələlik məlumat verilməyib. Londonda yerləşən Arabi21 xəbər portalı iddia edir ki, İDF əsgərləri xəstəxanadan çıxmazdan əvvəl xəstəxananın elektrik generatorlarını, həmçinin tibbi və oksigen avadanlıqlarını partladıblar.

İsrail ordusu hələlik bu məlumatı şərh etməyib.