Danimarka Müdafiə Nazirliyi 2027-ci ilə qədər Ukraynaya 4 milyard dollardan çox vəsait göndərəcəkbackend

Danimarka Müdafiə Nazirliyi 2027-ci ilə qədər Ukraynaya 4 milyard dollardan çox vəsait göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Danimarka hökuməti “Danimarka demokratları”, “Liberal Alyans”, “Mühafizəkar Xalq Partiyası”, “Radikal Liberal Partiya”, “Danimarka Xalq Partiyası” və “Yeni vətəndaşlar” fraksiyaları ilə əməkdaşlıq edərək Ukraynaya 2023-cü ildə 337 milyon dollar, 2025–2027-ci illərdə isə 3,44 milyard dollar məbləğində müdafiə dəstəyini artırmağa razılıq verib. Bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Biz ukraynalıların uzunmüddətli perspektivdə Danimarkanın dəstəyinə arxalana biləcəyinə dair aydın siqnal göndəririk”, – deyə  Danimarka müdafiə naziri Troels Lund Poulsen bildirib.

Nazirliyin məlumatına görə, 2025-ci ildə Kiyevə 1,54 milyard dollar, bir il sonra 1,08 milyard dollar, 2027-ci ildə isə 820 milyon dollar göndəriləcək.