NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağında saxlanılan girovların geri qaytarılmasının birinci mərhələsi başa çatıb. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Biz ilk girovlarımızın qaytarılmasını başa çatdırdıq”,- baş nazir bildirib.
Siyasətçi əmin edib ki, İsrail hazırda Fələstin anklavından girovluqda olan bütün vətəndaşlarını qaytaracaq.
“Bu, hərbi əməliyyatın məqsədlərindən biridir, biz bütün məqsədlərə nail olmağa çalışırıq”, – deyə o bildirib.
Yəhudi Dövlət Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantsın sözlərinə görə, girovların yalnız kiçik bir faizi noyabrın 24-də axşam buraxılıb və buna görə də İsrail qarışıq emosiyalar – “sevinc, ağrı, kədər və qətiyyət” yaşayır.