NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında (SVO) 25 mindən çox kazak iştirak edib. Bunu Ümumrusiya Kazak Cəmiyyətinin (VKO) atamanı Vitali Kuznetsov deyib.
Onun sözlərinə görə, kazak bölmələri döyüş meydanında ən peşəkar və ən yaxşılardandır. Ataman vurğulayıb ki, bu günə qədər mindən çox kazak döyüş bölgəsində müxtəlif şücaətlərə görə dövlət mükafatları alıb.
“25 mindən çox kazak artıq xüsusi hərbi əməliyyat keçirib”, – Kuznetsov əlavə edib.
O, həmçinin qeyd edib ki, kazak bölmələri bütün təmas xətti boyunca döyüşlərdə iştirak edir. Müvafiq dəstələr Zaporojye və Xerson vilayətlərinə, həmçinin Luqansk və Donetsk xalq respublikalarına göndərilir.