Çin ABŞ esminesini Çinin ərazi sularından çıxarıbbackend

Çin ABŞ esminesini Çinin ərazi sularından çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Çin hərbçiləri Cənubi Çin dənizindəki Çin ərazi sularına daxil olan Amerikanın “USS Hopper” esminesini sıxışdırıblar. Bu barədə CGTN telekanalı Çin Xalq Azadlıq Ordusunun (PLA) cənub döyüş komandanlığına istinadən məlumat yayıb.

“Çin hərbçiləri  ABŞ-ın idarəolunan raket esminesi “USS Hopper”i Cənubi Çin dənizindəki Sişa adaları yaxınlığındakı Çin ərazi sularına qeyri-qanuni daxil olduqdan sonra sıxışdırıb”, – telekanal bildirib.

Qeyd olunur ki, Çin ordusu xarici gəmini izləmək və xəbərdarlıq etmək üçün dəniz və hava qüvvələrini istifadə edib.