NOCOMMENT.az xəbər verir ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri onun patrulunun İsrail ordusu tərəfindən atəşə tutulduğunu bildirib. Bu barədə sülhməramlıların “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.
“Bu gün günorta saat 12 radələrində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin patrulu Livanın cənubundakı Aytarun yaxınlığında İsrail Müdafiə Qüvvələrinin (IDF) atəşinə məruz qalıb.
Bildirilir ki, atəş nəticəsində sülhməramlılar xəsarət almayıb, lakin nəqliyyat vasitəsinə ziyan dəyib.
BMT qüvvələri də İDF-nin hərəkətlərini pisləyib və tərəflərin sülhməramlıların müdafiəsi üçün məsuliyyətini qeyd edib.