NOCOMMENT.az xəbər verir ki, Cənubi Çin dənizindəki Çin sualtı donanmasının yerləşdiyi Yulin hərbi-dəniz bazasını əhəmiyyətli dərəcədə genişləndirib.Bu barədə Newsweek peyk şəkillərinə istinadən məlumat yayıb.
Nəşr dəniz təhlükəsizliyi üzrə tədqiqatçı Sutton-a istinadən yazır ki, Çinin də dayanacaqa ehtiyacı olan böyük gəmilər də daxil olmaqla bir neçə pilotsuz yerüstü gəmi layihəsi var.
“Bu pilotsuz platformalar istismar vəziyyətinə yaxınlaşdıqca, onlar baza qurğularına ehtiyac duyacaqlar, ona görə də müəyyən tikinti işləri gözlənilirdi”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, estakadaların tikintisinə ötən il başlanıb və sürətlə davam edir. Genişlənmənin əsas məqsədi sualtı dronlar üçün infrastruktur yaratmaqdır.