NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb, ona əsasən İqor Braylo dövlət başçısının köməkçisi – Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Lukaşenko bu qərarı müfəttişin “dövlət qulluğuna uyğun olmayan davranışı” ilə bağlı verib. Lakin prezidentin köməkçisinin işdən çıxarılmasının dəqiq səbəbləri açıqlanmır.
“İqor Braylo Belarus Respublikası Prezidentinin köməkçisi – Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib”, – dövlət başçısının mətbuat xidməti bildirib.
Bəyanatda qeyd edildiyi kimi, Lukaşenko müvafiq sərəncamı noyabrın 27-də imzalayıb.