İsrailin çatmağa çalışdığı HƏMAS-ın Qəzza rəhbəri Yəhya Sinvarın blokada altındakı Qəzza zolağında israilli məhbuslarla görüşdüyü iddia edilib.
NOCOMMENT.az xəbər verir ki, həftəsonu azad edilən israilli əsirlərdən biri deyib ki, Sinvar “onlarla heç bir aksent olmadan ivrit dilində danışıb”.
Xəbərə görə, İsrail Təhlükəsizlik mənbələri də belə bir görüşün baş tutduğunu təsdiqləyib.
İsrail oktyabrın 7-də blokada altındakı Qəzza zolağından həyata keçirilən hücumlara görə Sinvarın məsuliyyət daşıdığını iddia edib. İsrail təhlükəsizlik rəsmiləri tez-tez Sinvarın hədəf siyahılarının başında olduğuna diqqət çəkiblər.