HƏMAS radikal hərəkatı günün sonuna qədər İsrail həbsxanalarından azad olunacaq 30 fələstinlinin siyahısını dərc edib.
NOCOMMENT.az xəbər verir ki, siyahı hərəkatın “Telegram” kanalında təqdim olunub.
İsrail tərəfinin azad etdiyi şəxslərin siyahısında 15 qadın və 15 yeniyetmə var. Qeyd olunur ki, bu fələstinlilər “[Qəzza zolağında radikallar tərəfindən saxlanılan əsirlərin] dəyişdirilməsinə dair razılaşmanın beşinci günündə” azad edilir.
Noyabrın 22-də HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında dörd günlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb.