Birləşmiş Millətlər Təşkilatı (BMT) noyabrın 25-də ABŞ-ın Vermont ştatında Fələstin əsilli 3 tələbəyə silahlı hücumu pisləyib.
NOCOMMENT.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik Vermontda Fələstin əsilli 3 tələbənin yaralandığı silahlı hücumla bağlı mətbuat konfransında açıqlama verib.
Düjarrik “Bu zorakılığı lənətləyirik” deyib və hücumda yaralanan fələstinli tələbələrə tezliklə şəfa diləyib.
Hücumla bağlı istintaqın davam etdiyini xatırladan Dujarrik, “İslam əleyhinə nifrət, fanatizm və hər hansı bir nifrətə qətiyyən yer yoxdur”, – dedi.