“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.
Bu barədə NOCOMMENT.az -a qurumdan bildirilib.
Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.
Allah rəhmət eləsin!