Cənubi Afrika millisinin sabiq müdafiəçisi Papi Xomani faciəli şəkildə ölüb.
NOCOMMENT.az Fanat.Az-a istinadən xəbər verir ki, 48 yaşlı veteran futbolçu ailəsi ilə birlikdə yol qəzasında dünyasını dəyişib. Avtomobildə olan Xomanenin anası da qəzadan sağ qurtulmayıb.
Hadisə onlar Kvazulu-Natalda dəfn mərasiminə gedərkən baş verib.
Xomanenin son klubu “Orlando” olub. O, sözügedən klubda 150-dən çox oyuna çıxıb. Mərhum son vaxt televiziyada futbol analitiki olaraq çalışıb. Müdafiəçi Cənubi Afrika millisində 9 oyun keçirib.