Rus millətçisi Dmitri Demuşkin Tbilisi hava limanında saxlanılıb .
NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial fəal “Telegram”da məlumat verib .
“Mən iş üzrə uçurdum, biletlər, otellər qaydasındadır, saxlanma səbəbini rusca izah etməkdən imtina edirlər. Gürcüstan qonaqpərvər ölkə deyil. Biz bunu başa düşürük”, – o yazıb.
Bundan əvvəl Gürcüstan parlamentinin Bürosu “ Gürcüstan üçün Lelo” partiyasının ruslar üçün təklif etdiyi məhdudiyyətlərin tətbiqini rədd edib . O cümlədən, deputatlar viza rejiminin qəbulunu, Rusiya vətəndaşlarının işləməsinə məhdudiyyətlərin qoyulmasını və Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini təklif ediblər.