Ukraynanın Slovakiya və Macarıstanla sərhədində 1,6 min yük maşını dayanıbbackend

Ukraynanın Slovakiya və Macarıstanla sərhədində 1,6 min yük maşını dayanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, ölkənin Macarıstan və Slovakiya ilə sərhədində 1,6 minə yaxın yük maşını növbə çəkir. O, “Rada” telekanalına bildirib ki, onları yerli operatorlar bloklayıb.

Onun sözlərinə görə, Macarıstanla sərhəddə Ukraynaya daxil olmaq üçün növbəsini gözləyən minə yaxın yük maşını var.

“Bu gün səhər saatlarına olan məlumata görə, Slovakiya ilə sərhəddəki “Ujqorod-Vışne-Nemeçke” keçid məntəqəsində 600-ə yaxın yük maşını növbədədir”, – Demçenko bildirib.