Vladimir Zelenskinin həyat yoldaşı Yelena onun yeni müddətə yenidən seçilməsinə qarşı çıxıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir .
“Mən onun növbəti müddətə və ya növbəti iki müddətə prezident olmasını istəmirəm, bu, mümkün deyil”, – dedi. Zelenskaya əlavə edib ki, ola bilsin ki, yeni nəsə fikirləşmək lazım ola bilər.
Bundan əvvəl Ukrayna prezidenti seçkilərdən imtinanı onu təhlükəli və mənasız hesab edən ukraynalıların fikri ilə izah edib . Zelenski prezidentlik işini çox çətin adlandırıb. Lakin o, dövlət başçısı postundan getməyi təsəvvür edə bilmir.