Medvedev Rusiya ordusuna qəbul edilənlərin sayını açıqladıbackend

Medvedev Rusiya ordusuna qəbul edilənlərin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə 452 min nəfər qoşulub. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedevin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Moskva, Sevastopol və Çeçenistanda “doldurulması”na xüsusilə dəqiq yanaşılıb. Çeçenistan Respublikasında 30 min insan səfərbər edilib.

“Respublikada döyüş tapşırıqlarına namizədlərin hazırlanması istiqamətində xeyli iş aparılır. “Qudermes”dəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində 15 mindən çox könüllü təlim keçib.

2023-cü ilin oktyabrında Medvedev 357 min müqaviləli əsgərin xidmətə girdiyini bildirdi.