NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı İsrailin Təl-Əviv şəhərinə bir neçə raket zərbəsi endirib. Bu barədə Fələstin təşkilatının rəsmi Telegram kanalında məlumat verilib.
Bəyanatda kəndə hücumun hərəkatın hərbi qanadı “Əl-Qəssam” briqadası tərəfindən təşkil edildiyi qeyd edilib. Eyni zamanda, HƏMAS İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında dinc əhaliyə vurduğu ziyanla bağlı yəhudi dövlətinin ərazisinə zərbələr endirmək qərarına gəlib.
Dekabrın 1-i səhər saatlarında İsrail qoşunlarının mətbuat xidməti ölkədə hava hücumundan müdafiə sistemlərinin işə salındığını elan edib. İsrail ordusunun məlumatına görə, müdafiə texnikası Qəzza zolağından atılan raketi səmada məhv edib.