Kiyevdə Ukrayna operatorunun SİM kartı olan Rusiyaya məxsus pilotsuz uçan aparat tapılıbbackend

Kiyevdə Ukrayna operatorunun SİM kartı olan Rusiyaya məxsus pilotsuz uçan aparat tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib ki, Ukraynada Rusiyaya məxsus pilotsuz təyyarələrdən birində “Kiyevstar” operatorunun Ukraynaya məxsus SİM kartı tapılıb. Bu barədə RBC-Ukrayna məlumat yayıb.

“Bəzi dronlarla manipulyasiya edilə bilərmi? İxtisaslaşmış mütəxəssislər bunu başa düşürlər. Düşünürəm ki, onlar müəyyən nəticələr çıxaracaqlar”, – deyə İqnat bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu silahlarını təkmilləşdirməkdə davam edir.