Qəzza zolağında ölən fələstinlilərin sayı 16 min nəfərə yaxınlaşır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 7 oktyabrdan indiyə qədər HƏMAS-la İsrail ordusu arasında gedən döyüşlər nəticəsində Qəzza zolağında 15 899 nəfər fələstinli ölüb.
Həlak olanların təxminən 70 faizinin qadın və uşaqlar olduğu bildirilib.