NOCOMMENT.az xəbər verir ki, Polşalı general Leon Komorniçki Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrini tamamilə məhv etmək taktikasına keçdiyini bildirib. Bu barədə “Interia” məlumat yayıb.
Komorniçkinin sözlərinə görə, indi söhbət “Kiyevə hücumdan və ya yeni böyük şəhərlərin tutulmasından” yox, ilk növbədə Ukrayna ordusunun məhv edilməsindən gedir.
“Son aylarda Ukrayna Silahlı Qüvvələri, siyasətçilər və müttəfiq dövlətlər bir sıra səhvlərə yol veriblər ki, bu da cəbhədə uğur qazanmamasına səbəb olub”, – polşalı general bildirib.