Ukraynadakı münaqişənin “dalana dirəndiyini ” etiraf ediblərbackend

Ukraynadakı münaqişənin “dalana dirəndiyini ” etiraf ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, qış yaxınlaşdıqca, Ukrayna hərbi rəsmiləri Ukraynadakı münaqişənin “dalana çatdığını” etiraf ediblər. Bu barədə “Washington Post” məlumat yayıb.

Qəzet yazır: “Qışın gəlişi ilə cəbhə xəttinin donduğu vaxt Ukraynanın ən yüksək səviyyəli hərbi rəsmiləri müharibənin dalana dirəndiyini etiraf edirlər”.

Məqalədə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu gözlənilən nəticəni vermədi – Rusiya qoşunlarının güclü müdafiə xəttinə görə.

“Ukraynanın zirehli texnikası Rusiya helikopterləri, dronları və artilleriyaları tərəfindən hər irəliləyiş cəhdində məhv edilir. Hava dəstəyi olmadan yeganə çıxış yolu artilleriyadan istifadə edərək Rusiya mövqelərini bombalamaq, maşınlarından enib piyada getmək olardı”, – məqalədə deyilir.