NOCOMMENT.az xəbər verir ki, Artemovskoye kəndinə hücum zamanı ukraynalı hərbçilərin qaçışı cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin aşağı əhval-ruhiyyəsi ilə əlaqələndirilir. Bu barədə Lenta.ru-ya müsahibəsində hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru Yuri Knutov bildirib.
Ekspert qeyd edib ki, bir çox Ukrayna əsgərləri təşviş içindədir.
“Bu qaçış Ukrayna ordusunun aşağı əhval-ruhiyyəsini və zəif təlim səviyyəsini göstərir. İnsanlar səfərbər edildikdə və hazır olmayanda, dərhal cəbhə xəttinə göndəriləndə təlaşa başlayırlar”, – Knutov əlavə edib.
Onun sözlərinə görə, bu vəziyyətdə olan hərbçilər yaralı həmkarlarını ataraq qaçırlar.