Koronavirus (COVİD-19) infeksiyasına ən çox yoluxmuş Qafqaz ölkələri müəyyən edilib.
NOCOMMENT.az-ın təqdim etdiyi infeksiyaya ən çox yoluxmuş Qafqaz ölkələri siyahısına Ermənistan 532 nəfərlə başçılıq edir.
İkinci yerdə 288 yoluxma ilə Azərbaycan, Gürcüstan isə 110 infeksiya daşıyıcısı ilə 3-cü yürdə durur. Qafqaz üzrə virusdan ölən 8 nəfərin 5-i Azərbaycanın, 3-ü isə Ermənistanın payına düşür.
Eyni zamanda Qafqaz üzrə digər əyalətlər olan Krosnadar Diyarında 17, Dağıstanda 13, Çeçenistanda 9, Kabarda-Balkarda 6, Adıgeyada 3 koronavirusa yoluxmuş insan aşkar edilib.
Hazırda müalicədə qalanlar siyahısına da 499 nəfər xəstə ilə Ermənistan liderlik edir.
Tək Ermənistanda koronavirusa yoluxmuş xəstə sayı ümumi Qafqaz ölkələri və əyalətlərinin cəmi sayından 101 nəfər çoxdur.

Qeyd etdiyimiz rəqəmlər 31.03.2020-ci il saat 16:10-a olan hesabatdır.