Şamaxıda BMW aşıb, 3 nəfər həlak olub.
NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hadisə dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.
“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
—————————————–
Şamaxıda avtomobil qəzası baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, BMW markalı avtomobil yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.