Bakı Avropa Liseyi cərimələnə bilərbackend

Bakı Avropa Liseyi cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Avropa Liseyi barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, lisey İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bakı Avropa Liseyi 1991-ci ildən fəaliyyət göstərir. Liseyin direktoru Zülfiyyə Veysovadır.