NOCOMMENT.az xəbər verir ki, ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Ceffri Payet bildirib ki, Vaşinqton Kiyevə Avropa İttifaqının əsas elektrik enerjisi təchizatçısı olmağa kömək edəcək. Onun sözlərini TASS sitat gətirir.
Bildirilir ki, bu məqsədlə Ukraynaya enerji strukturunun Avropa strukturu ilə inteqrasiyasına yardım göstəriləcək.
“Ukraynanın geniş investisiya imkanları olan və Aİ-nin qalan hissəsinə gələcək əsas enerji ixracatçısına çevrilə bilməməsi üçün heç bir səbəb görmürəm”,- Ceffri vurğulayıb.
Amerika rəsmisi qeyd edib ki, Ukrayna artıq nüvə enerjisi obyektlərinə, eləcə də günəş və külək enerjisinin inkişafı potensialına malikdir. Qeyd olunur ki, bu resurslar Ukraynaya hətta hərbi əməliyyatların aparılmasına paralel olaraq Avropa standartlarına uyğun yaşıl enerji sistemini inkişaf etdirməyə kömək edəcək.