NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində bildirib ki, rus qoşunları Marinkadakı inkişafın əksər hissəsini nəzarətə götürüb.
Qeyd olunur ki, ruslar şəhərin böyük hissəsini işğal ediblər, lakin ukraynalılar Marinkanın qərbindəki bəzi ərazilərə nəzarəti saxlayırlar.
Bu yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən 2014-cü ildən davam edən münaqişənin başlanğıcından bəri idarə olunur. Marinkadan Ukrayna əsgərləri mütəmadi olaraq Donetski atəşə tutublar.
Dekabrın 5-də amerikalı jurnalist Kleyton Morris Ukraynanın Rusiya ilə silahlı münaqişədə təslim olmasa, ərazilərinin böyük hissəsini itirə biləcəyi barədə fikir bildirib.