Putin BƏƏ-yə raketlərlə təchiz olunmuş 4 döyüş təyyarəsi ilə getdi – VİDEObackend

Putin BƏƏ-yə raketlərlə təchiz olunmuş 4 döyüş təyyarəsi ilə getdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin təyyarəsini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edərkən raketlərlə təchiz edilmiş 4 ədəd Su-35 qırıcısı müşayiət edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi videoda Putinin İL-96 model prezident təyyarəsini müşayiət etmək üçün yolda olduğu bildirilir. 

Putinin təyyarəsinin hər tərəfində iki nəfərdən ibarət qruplar halında yerləşən Su-35S model döyüş təyyarələrinin hava-hava hədəflərini vura bilən R-73 və R-77 raketləri daşıdığı görülüb.

Putin paytaxt Əbu-Dabiyə enənə qədər Rusiya döyüş təyyarələri onun səfərini müşayiət etməyə davam edib.

Açıqlamada təyyarələrin ağır yağış və güclü küləklə çətin hava şəraitində hava limanından havaya qalxdığı və döyüş təyyarələrinin birinci dərəcəli pilotlar tərəfindən istifadə edildiyi bildirilib.

Putin BƏƏ-yə raketlərlə təchiz olunmuş 4 döyüş təyyarəsi ilə gedib