Livan-İsrail sərhədində qarşılıqlı hücumlar davam edirbackend

Livan-İsrail sərhədində qarşılıqlı hücumlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandakı Hizbullah Hərəkatı sərhəd bölgəsində İsrail hərbi məntəqəsinə hücum təşkil etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Hizbullah Livanın cənubundan İsrail hərbi məntəqəsinə hücumla bağlı açıqlama verib.

Açıqlamada, İsrailin Radar hərbi nöqtəsinə “uyğun silahlarla” hücum edildiyi və hədəfin “tam dəqiqliklə vurulduğu” ifadə edildi.

Üstəlik, AA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Livan Ordusu Mercayun düzündəki zeytun bağında İsrailə doğru atılmağa hazır olan bir neçə raket və atəş platforması ələ keçirib.

Livanın rəsmi xəbər agentliyi NNA İsrailin Meys əl-Cəbəldəki bir evə hava hücumu təşkil etdiyini bildirib. Yayımlanan görüntülərdə evin hücumdan sonra tamamilə dağıldığı görülüb.

Meys el Cebeldəki hücumda insan itkisi ilə bağlı hələlik açıqlama verilmir.