ABŞ və İsveç Vaşinqtona Skandinaviya ölkəsindəki hərbi obyektlərə girişi nəzərdə tutan müdafiə sazişi imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Pentaqonun rəhbəri Lloyd Austin , “Müqavilə müharibə və ya böhran vəziyyətində İsveçin Birləşmiş Ştatlardan dəstək alması üçün daha yaxşı şərait yaradacaq”,- deyib.
Öz növbəsində, İsveç müdafiə departamentinin rəhbəri Pol Conson əmin etdi ki, Birləşmiş Ştatlar bütün obyektlərdə mütləq iştirak etməyəcək. O qeyd edib ki, söhbət bütün hərbi bazalardan deyil, yalnız “hərbi baxımdan müdafiə vasitələrinin olmasının ən vacib olduğu” bazalardan gedir.