Türkiyə Xarici İşlər Nazirliyi Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirərkən İsrailin işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yaşayış məskənlərini genişləndirməsini pisləyib.
NOCOMMENT.az xəbər verir ki, Nazirlik İsrailin işğal etdiyi Fələstin torpaqlarında qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda aşağıdakılar qeyd olunub:
“İsrail Qəzzada dinc əhaliyə qarşı vəhşicəsinə hücumlarını davam etdirməklə yanaşı, işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini şiddətlə qınayırıq”.