NOCOMMENT.az xəbər verir ki, Beerşeva şəhərində və İsrailin digər şimal və cənub bölgələrində hava hücumu xəbərdarlığı səslənib. Bu barədə TASS məlumat yayıb.
“Beerşeva şəhərində və Qəzza zolağının yaxınlığındakı yaşayış məntəqələrində siren səsləri eşidilib”, – məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, İsraildə dekabrın 3-ü axşam saatlarında Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərdə ilk dəfə olaraq hava hücumu sirenləri səslənib. Hərbi idarə sirenaların Kibbutz Nirimdə səsləndiyini bildirdi.