Ərdoğan: Qərb dövlətləri İsrailə münasibətini dəyişməyə başlayıbbackend

Ərdoğan: Qərb dövlətləri İsrailə münasibətini dəyişməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, bir çox Qərb ölkələri İsrailə qeyd-şərtsiz dəstəkdən imtina edir və yəhudi dövlətinə münasibətini yenidən nəzərdən keçirir. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, “Qərbdə İsrailə “sizi yedizdirməkdən yorulmuşuq” deyənlər peyda olmağa başlayıb. İlk günlərdə dəstək bəyanatları verən Fransaya baxın. İndi Fransa prezidenti Makron tamamilə fərqli bəyanatlar verir”, – TASS onun sözlərindən sitat gətirir.

Türkiyə prezidenti əlavə edib ki, bir çox başqa ölkələr də yəhudi dövlətinə münasibətlərini yenidən nəzərdən keçirirlər. Ərdoğan qeyd edib ki, Qərb artıq münaqişənin ilk günlərində verilən bəyanatları vermir.