NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı əməkdaşlığı genişləndirmək və beynəlxalq risklərdən qaçmaq üçün ümumavropa müdafiə bazarı formalaşdırmağı planlaşdırır. Bu barədə Euractiv Avropa Komissiyasının sənədlərinə istinadən yazır.
Birlik Avropa Müdafiə Sənayesi Strategiyasını (EDIS) inkişaf etdirəcək və hərbi təchizatı bütün blok səviyyəsində idarə edəcək, bu, üzv ölkələr üçün riskləri aradan qaldıracaq.
Sənədlərdən birində deyilir: “Daha inteqrasiya olunmuş və rəqabətədavamlı Avropa müdafiə bazarı Avropa müdafiə texnologiyası və sənaye bazasına miqyas iqtisadiyyatından faydalanmağa, sənaye təşkilatlarının səmərəliliyini artırmağa imkan verəcək”.