G7 ölkələrinin sammiti videokonfrans rejimində başlayıbbackend

G7 ölkələrinin sammiti videokonfrans rejimində başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Böyük yeddilik” (G7) ölkələrinin liderlərinin görüşü videokonfrans rejimində başlayıb.

Yaponiya hökumətinin baş katibi Hirokazu Matsunonun sözlərinə görə, görüşün əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski ona videobağlantı vasitəsilə müraciət edəcək. Onun sözlərinə görə, sammit ötən ilin yekunlarına, həmçinin Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyətə həsr olunacaq. Sammit iştirakçıları süni intellekt probleminə də toxunacaqlar.

Məlumata görə, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar ölkələr atəşkəs perspektivlərini və Qəzza zolağına humanitar yardımın çatdırılması imkanlarını müzakirə edəcəklər.