Rusiyanın Ryazan vilayətində poliqonda atışma zamanı baş verən insident nəticəsində Rusiya Qvardiyasının bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən aydınlıq gətirilib ki, fövqəladə hadisə Dubroviç kəndindəki poliqonda baş verib.
Ryazan vilayəti prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, planlı odlu silah təlimi zamanı partlayıcı qurğu kortəbii şəkildə işə düşüb.