Livandakı Hizbullah Hərəkatı İsrailin 3 hərbi məntəqəsinə hücum təşkil etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Hizbullah Livanın cənubundan İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Açıqlamada İsrailin sərhəd xəttində yerləşən Ramim, Merc və Baruk hərbi məntəqələrinin “uyğun silahlarla” vurulduğu bildirilib.
İsrail ordusu Livanın sərhəd bölgəsində yerləşən Kunin qəsəbəsinin bəzi nöqtələrinə intensiv hava zərbələri endirib.
İsrailin hücumu səbəbiylə Kunin qəsəbəsində böyük partlayış baş verib.