NOCOMMENT.az xəbər verir ki, Çexiya prezidenti Petr Pavel bildirib ki, Praqa Rusiya Federasiyasına yeni səfir təyin etmək niyyətindədir. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Çexiya tərəfi hazırda səfir və səfirliyin ikinci ən vacib şəxsini əvəz etmək lazım olduğu bir vəziyyətdədir. Amma bu, tərs qaydada həyata keçiriləcək: əvvəlcə müavin, sonra isə səfir özü təyin olunacaq.