Putin və İran prezidenti danışıqları işçi nahar formatında davam etdiriblərbackend

Putin və İran prezidenti danışıqları işçi nahar formatında davam etdiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi danışıqları Kremldə işçi nahar formatında davam etdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb .

Dialoqda iki ölkənin nümayəndə heyətləri iştirak edir. Bundan əvvəl Rusiya və İran liderləri məhdud tərkibdə danışıqlar aparıblar.

Agentliyin məlumatına görə, Putin iki ölkə arasında ikitərəfli münasibətlərin intensiv inkişaf etdiyini qeyd edib. Dövlət başçısı Moskva ilə Tehranı böyük infrastruktur layihələrinin birləşdirdiyini də xatırladıb.

Bundan əvvəl Rəisi Putini İslam Respublikasına səfərə dəvət edib. Rusiya lideri sonuncu dəfə 2022-ci ilin iyulunda Tehrana səfər edib.