NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aeroflot” aviaşirkəti Leonardo rezervasiya sistemində nasazlıq olduğunu bildirdi və bu, bütün platformalarda – şirkətin saytından tutmuş bilet kassalarına qədər biletlərin verilməsində problemlər yaradıb. Bu barədə Aeroflotun saytında bildirilir.
“Leonardonun (Sirena-Travel) bronlaşdırma sistemindəki nasazlıq səbəbindən bütün satış kanallarında (Aeroflot saytı, agentlər və s.) biletlərin qeydiyyatı çətindir. Hazırda xidmət provayderi sistemin normal fəaliyyətini tez bir zamanda bərpa etmək üçün tədbirlər görür”, – deyə şirkətdən bildirilib.
Qeyd olunur ki, internet saytında, hava limanında və tətbiqdə sərnişinlərin qeydiyyatı sistemi adi rejimdə işləyir.